Simsar.az | bizi özünüzə Simsar bilin
"Ağdam"ın stadionun bəyənmədilər

"Xəzər-Lənkəran" Quzanlıda oynamaqdan imtina etdi

“Qarabağ” klubu sentyabrın 17-də “Xəzər Lənkəran”la Quzanlı qəsəbəsi stadionunda nəzərdə tutulan ev oyununu Bakıdakı Suraxanı qəsəbəsi stadionunda keçirəcək.

Simsar.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, “Qarabağ” rəhbərliyi PFL-ə müraciət edərək Quzanlı stadionunun ot örtüyünün bərbad hala düşdüyünü və qazonda müəyyən işlərin görülməsi zərurətinin ortaya çıxdığını söyləyib.

O deyib: “Biz də onların müraciətinə nəzərə alaraq, bir ev oyununu - ”Xəzər Lənkəran”la matçı “Qarabağ”ın sifariş ərizəsində göstərdiyi ikinci stadionda - Suraxanı arenasına keçirməyə icazə verdik”.

R.Musayev bildirib ki, “Qarabağ” klubu oktyabrın 2-də “Turan”a qarşı keçiriləcək növbəti ev oyununa qədər meydançanı normal hala salacağını vəd edib: “Ümid edirik ki, göstərilən tarixə qədər hər şey qaydasına düşəcək və «Qarabağ» yenə ev oyunlarını Quzanlıda keçirəcək”.

8 Sentyabr, 2011  22:18 Baxılıb: 986

Bu bölmədə