Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan jurnalistləri 640 min manat cərimələnib

Bu məbləğin 25 min manatı ödənilib

Bu ilin birinci yarısında Azərbaycanda jurnalistlərin hüquqları ilə bağlı vəziyyət sabitdir və 2005-2008-ci illərdəki səviyyə saxlanılıb. Bu barədə dünya jurnalistlərinin həmrəylik günü münasibətilə keçirilmiş mətbuat konfransında Medianın Hüquqları İnstitutunun (MHİ) sədri Xalid Ağalıyev məlumat verib.

Simsar.az xəbər verir ki, X.Ağalıyevin sözlərinə görə, ilk 6 ayda əsasən müstəqil jurnalistlər və tənqidedici məqalələr yazan media üzvləri məhkəməyə verilib. Bu il həbs olunan jurnalistlərin sayının azalmasını müsbət fakt kimi göstərmək olar.

O bildirib ki, hazırda jurnalistlərin məhkəməyə verilməsi ilə bağlı 25 işə baxılır. Ümumilikdə isə jurnalistlər 640 min manat məbləğində cərimələniblər. Bu məbləğdən hələki yalnız 25 min manatı ödənilib.

İnstitutun sədri dövlət qurumlarının mətbuatla əməkdaşlıqdan yayınmalarından narazı olduğunu da söyləyib.

8 Sentyabr, 2011  22:18 Baxılıb: 920

Bu bölmədə