Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalist Aydın Canıyevi polis saxladı

Onun barəsində pis xəbərlər yayıldı

"Xural" qəzetinin cənub bölgə müxbiri Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Simsar.az-a bölgə müxbirinə polis şöbəsinin növbətçi hissəsindən məlumat verilib.

Bildirilib ki, qəzetin cənub bürosunun müxbiri Aydın Caniyev ötən gün sərxoş vəziyyətdə rayonun Səpnəkəran kənd məscidinə gələrək məscidin icmasının rəhbəri Seyidmirbaba Tahirovdan haqsız olaraq pul tələb edib. İcma rəhbəri bundan imtina etdikdə, o, məscidin pencərələrin qırıb və dindarları təhqir edib.

Məscidin icmasının rəhbəri bildirib ki, bu kimi hal dəfələrlə təkrar olub. Hazırda "Xural" qəzetinin bölgə müxbiri Aydın Caniyev polis şöbəsində saxlanılır.

8 Sentyabr, 2011  18:42 Baxılıb: 1013

Bu bölmədə