Simsar.az | bizi özünüzə Simsar bilin
Hakan Şükür Azərbaycan futbolunu təriflədi

Hakan Şükür: “Azərbaycan əla komandadır”

Türkiyə futbolunun gəlib keçmiş ən məşhur futbolçusu, ölkə yığmasında bütün rekordlara sahib olan Hakan Şükür Azərbaycan millisi haqda xoş sözlər söyləyib.

Simsar.az-ın “ajansspor” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində son iki oyun haqda danışan Şükür komandamızı tərifləyib: “Biz qarşıdakı Almaniya və Azərbaycan yığmaları ilə oyuna yaxşı köklənməliyik. Bizim ən yaxşı ikinci yeri tutmaq şansımız azərilərin qazaxları məğlub etməsi ilə heçə endi. Azərbaycan yığması çox yaxşı komandadır. Əla mübarizə aparırlar, əzmkardılar. Həm də futbolçuları burada özlərini göstərmək üçün əllərindən gələni edəcək”.

8 Sentyabr, 2011  15:50 Baxılıb: 1054

Bu bölmədə