Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər müharibəni davam etdirir

Düşmən atəşkəsi pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 7-də saat 13.30-dan 13.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 13.35-dən 13.40-dək və 18.20-dən 18.40-dək Ermənistan Respublikasının İjevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhajılı kəndində yerləşən mövqelərimizi;

- saat 10.30-dan 10.40-dək və sentyabrın 8-də saat 05.25-dən 05.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 04.55-dən 05.15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.05-dən 05.25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05.00-dan 05.10-dək Jəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən javab atəşi ilə susdurulub.

8 Sentyabr, 2011  14:20 Baxılıb: 870

Bu bölmədə