Simsar.az | bizi özünüzə Simsar bilin
RUSİYADA TƏYYARƏ QƏZASININ SƏBƏBİ AÇIQLANIB

Rusiyada “Yak-42” təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Yak-42” təyyarəsi təhlükəsiz həddə qədər yüksələ bilməyib və mayakın anteninə dəyib. İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu “Rosaviasiya”dan bildiriblər. Uçuş-enmə zolağından kənarda olan mayakın anteni ilə toqquşduqdan sonra təyyarə parçalanaraq yerə düşüb. 

Təyyarədə “Lokomotiv” (Yaroslavl) hokkey komandasının üzvləri də daxil olmaqla 37 nəfər olub. Qəzadan 1-3 nəfərin sağ qurtulduğu haqa xəbərlər var.

8 Sentyabr, 2011  00:58 Baxılıb: 932

Bu bölmədə