Simsar.az | bizi özünüzə Simsar bilin
Bir gündə 38 cinayət

DİN məlumat yayıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 10 yanğın hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.

7 Sentyabr, 2011  22:27 Baxılıb: 852

Bu bölmədə