Simsar.az | bizi özünüzə Simsar bilin
Havalar yenidən isinəcək

Yaxın 3 gün ərzində hava şəraiti sabit keçəcək

Paytaxtda və respublikanın rayonlarında yaxın 3 gün ərzində hava şəraitinin sabit keçəcəyi proqnozlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qısamüddətli proqnozlar şöbəsinin müdiri Elmira Həmidovanın Simsar.az-a verdiyi açıqlamaya görə, bu günlərdə havanın yağmursuz keçəcəyi və cənub küləyinin əsəcəyi gözlənilir.

E.Həmidovanın sözlərinə görə, sentyabrın 10-a qədər Mərkəzi Aranda 29-30, dağlıq ərazilərdə 19-24 dərəcə istilik olacaq. Bakı və Abşeron yarımadasına gəldikdə, paytaxtda 25-30, yarımadada 30-34 dərəcə isti proqnozlaşdırılıb.

Eyni zamanda nazirlikdən verilən məlumata görə, sentyabrın 10-da axşam saatlarında mülayim cənub küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək.

7 Sentyabr, 2011  16:26 Baxılıb: 960

Bu bölmədə