Simsar.az | bizi özünüzə Simsar bilin
HÜSNÜ MÜBARƏKİN MƏHKƏMƏSİ BU GÜN DAVAM EDƏCƏK

Misirin sabiq prezidenti nümayişçiləri öldürmək əmri verməkdə ittiham olunur

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəmə işi ilə bağlı növbəti - dördüncü iclas bu gün paytaxt Qahirədə baş tutacaq. İclas bazar ertəsi keçirilməli olsa da, məhkəmə zalında Mübarək tərəfdarları ilə əleyhdarları arasında yaranan qarşıdurma prosesin təxirə salınması ilə nəticələnmişdi. 83 yaşlı eks-prezident bu ilin əvvəllərində kütləvi aksiya iştirakçılarının öldürülməsinə göstəriş verməkdə ittiham edilir. Hüsnü Mübarək haqqında irəli sürülən bütün ittihamları rədd edir.

Artıq ilk şahidlərdən biri Mübarəkin hakimiyyəti dövründə daxili işlər nazirinin nümayişçilərə atəş açmaq göstərişi verməsini inkar edib. Bu gün isə 4 yüksəkrütbəli polis məmuru Mübarəkin aksiyaların dağıdılmasındakı rolu barədə ifadə verəcək. Hüsnü Mübarəkin oğulları Qamal və Alaa, həmçinin keçmiş daxili işlər naziri də mühakimə olunur.

Xatırladaq ki, Qahirənin Təhrir meydanında nümayişlər zamanı azı 850 nəfər öldürülmüşdü.

7 Sentyabr, 2011  16:13 Baxılıb: 890

Bu bölmədə