Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi yenidən pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, düşmən qüvvələri sentyabrın 6-da saat 16.00-dan 16.15-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 21.30-dan 21.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.40-dan 21.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.20-dən 19.30-dək, 23.20-dən 23.40-dək, 23.45-dən 00.00-dək və sentyabrın 7-də saat 00.05-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

7 Sentyabr, 2011  14:00 Baxılıb: 861

Bu bölmədə