Simsar.az | bizi özünüzə Simsar bilin
Rövnəq Abdullayev istefa barədə danışdı

"Daha 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq lazım deyil"

AFFA prezidenti Rövnəq Abdullayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan – Qazaxıstan oyunu ilə bağlı fikirlərini açıqlayıb. Simsar.az-ın məlumatına görə, azerisport.az-a müsahibəsində R.Abdullayev deyib:

“Qələbə bizi çox sevindirdi. Bu, Azərbaycan futbolunun inkişafına kömək edir. 7 xal hələ komandamız üçün son hədd deyil. Çünki qarşıda yenə oyunlarımız var. Mən azarkeşlərin dəstəyindən narazıyam. Fikrimcə, onlar yığmanı daha yaxşı dəstəkləməlidilər. 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq lazım deyil. Heç bu gün stadionu da doldurmamışdılar.

Biz hamımız yığmadan Qazaxıstan üzərində qələbə gözləyirdik. Azarkeşlər artıq yığma komandanın qələbəsi üçün darıxmışdılar. Bax buna görə də belə qələbələrimizin sayını daha da çoxaltmalıyıq.

İlk dəfədi ki, Azərbaycan yığması bu qədər xal toplayır. Amma bu, hələ son deyil. Qarşıda daha iki oyunumuz var. Bununla kifayətlənməməliyik. Baxmayaraq ki, bu nəticəni də yaxşı hesab edirəm. Mən azarkeşlərdən narazıyam. Onlar yağışa rəğmən milli komandanı dəstəkləməyə gəlməliydilər. Onlar isti havada da, soyuq havada da ölkənin əsas komandasının yanında olmalıdılar”.

AFFA prezidenti azarkeşlərindən narazılığını davam etdirərək deyib:

“Dolu tribunalar həmişə 12-ci oyunçu hesab olunur. Qazaxıstanla oyunda həmin 12-ci oyunçumuz yox idi. Yığma komandanı dəstəkləmək lazımdı. Daha 10 dəqiqə oturan kimi “istefa” qışqırmaq yox. Belə şeylər gənc futbolçuların psixologiyasını korlayır”.

AFFA prezidenti futbolumuzun hazırkı durumundan da danışıb: “İnanıram ki, Azərbaycan futbolu gələcəkdə daha da inkişaf edəcək. Qarşıda bizi daha böyük uğurlar gözləyir. Çünki bizim böyük ambisiyalarımız var. Yeni stadionlar tikilir. Hansı ki, gələcəkdə məhz futbolçularımızın uğurlarına ev sahibliyi edəcək. Tezliklə biz sadəcə 7 xal toplamağımıza yox, böyük turnirlərin final mərhələsinə çıxmağımıza sevinəcəyik”.

AFFA prezidenti sonda baş məşqçi Berti Foqtsla müqavilənin yenilənməsi perspektivinə də toxunub: “Hələlik, Berti Foqtsla bağlı tələsməməyə çalışırıq. Qarşıda daha iki oyun var. Həmin oyunlardan sonra baxarıq”.

7 Sentyabr, 2011  13:00 Baxılıb: 1037

Bu bölmədə