Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan-Qazaxıstan 3:2

Güneylə Quzey birləşdi, Azərbaycan qazandı

Azərbaycanın futbol üzrə yığma komandası Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Qazaxıstan yığmasına 3:2 hesabı ilə qalib gəlib.

Simsar.az-ın verdiyi xəbərə görə, matçda hesabı 20-ci dəqiqədə Qazaxıstan futbolçusu Sergey Ostapenko açıb və bu hesabla oyunun birinci hissəsi başa çatıb. İkinci hissənin 53-cü dəqiqəsində Azərbaycan komandasının oyunçusu Rauf Əliyev hesabı bərabərləşdirib. 62-ci dəqiqədə penalti zərbəsi ilə Mahir Şükürov, 68-ci dəqiqədə Vagif Cavadov hesabı 3:1-ə çatdırıblar. 77-ci dəqiqədə Vitaliy Evstiqneyev Qazaxıstanın ikinci qolunu vurub.
Xatırladaq ki, bu yığmaların “A” qrupundakı ilk qarşılaşmasında Qazaxıstan komandası 2:1 hesabla qalib gəlmişdi.

7 Sentyabr, 2011  03:13 Baxılıb: 1305

Bu bölmədə