Simsar.az | bizi özünüzə Simsar bilin
Çingiz Qənizadənin ocağında Müşviq və Cavid

Deputat baba oldu

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə baba olub. Oğlu Elgiz Qənizadənin əkiz övladları dünyaya gəlib. Əkizlərin ikisinin də oğlandır.

C.Qənizadə Simsar.az-a açıqlamasında sevincinin həddi-hüdudu olmadığını bildirdi. Deputat artıq nəvələrinə ad da tapıb. Müşviq və Cavid.

“Azərbaycan xalqının görkəmli şairləri Mikayıl Müşfiq və Hüseyn Cavidin şərəfini uca tutaraq onların adlarını nəvələrimə qoydum. Allah hər kəsə nəvə-nəticə payı versin” deyə, Qənizadə bildirdi.

6 Sentyabr, 2011  22:03 Baxılıb: 3060

Bu bölmədə