Simsar.az | bizi özünüzə Simsar bilin
LEYSAN CƏNUB BÖLGƏSİNƏ CİDDİ ZİYAN VURUB

Azərbaycanın cənub bölgəsində leysan yağışlar problemlər yaradıb

Leysan yağışlar Azərbaycanın cənub bölgəsinə ciddi ziyan vurub.

Trend-in məlumatına görə, dünən gecə saatlarından başlayan leysan nəticəsində Lənkəran şəhərinin küçələrini su basıb və şəhərin elektrik enerjisi ilə təchizatında problemlər yaranıb.

Leysan zamanı həyətləri su basıb, ağacların elektrik xətlərinin üstünə aşması nəticəsində dağlıq və dağətəyi kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

Rayon Fövqəladə hallar komissiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb.

Günün sonunadək elektrik enerjisinin verlişində yaranan problemin aradan qaldırılacağı gözlənilir.

6 Sentyabr, 2011  19:19 Baxılıb: 985

Bu bölmədə