Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentin karikaturasını çəkən iki qəzet cəzalandırıldı

“Ruzigar” (Dövran) və “Şəhrvəndi-emruz” (Bu günün vətəndaşı) qəzetlərinin fəaliyyətinə iki aylıq qadağa qoyub

İranda Mətbuata Nəzarət Şurası “Ruzigar” (Dövran) və “Şəhrvəndi-emruz” (Bu günün vətəndaşı) qəzetlərinin fəaliyyətinə iki aylıq qadağa qoyub. Şura bununla bağlı qərarı sentyabrın 5-də qəbul edib. Hər iki qəzet islahat tərəfdarlarına yaxın sayılır. “Ruzigar” gündəlik, “Şəhrvəndi-emruz” həftəlik qəzetdir.

 Simsar.az saytının məlumatına görə, Mətbuata Nəzarət Şurası bu qəzetləri dövlət quruluşuna qarşı təbliğat aparmaqda, dövlət sirlərini yaymaqda, qanuna zidd materiallar dərc edərək insanların şəxsi hüquqlarını pozmaqda günahlandırıb.

“Şəhrvəndi-emruz”un adının çəkilməsini istəməyən bir əməkdaşı İranda insan hüquqları üzrə beynəlxalq kampaniya aparan qrupun saytına açıqlamasında deyib ki, qəzetlərin iki ay müddətinə bağlanmasına prezident Mahmud Əhmədinejadın siyasətini tənqid edən yazılar, eyni zamanda “Şəhrvəndi-emruz”da Əhmədinejadın iki karikaturasının (karikaturaların birində prezident komandasının üzvləri ilə təsvir edilib) dərc edilməsi səbəb olub.

“Şəhrvəndi-emruz” qəzetinin sentyabrın 3-də çıxan nömrəsinin üz qabığında dərc edilən karikaturada Əhmədinejad hökumətinin yalnız hərbçilərdən ibarət olduğu və bu hərbçilərin getdikcə Əhmədinejaddan uzaqlaşdığı, yəni hökumətin getdikcə parçalandığı fikri aşılanır.

6 Sentyabr, 2011  17:20 Baxılıb: 1112

Bu bölmədə