Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Qazaxıstanla oynayır

Rəqib meydana itkilərlə çıxır

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah yığmamızın qonağı olacaq Qazaxıstan seçməsi daha iki itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Miroslav Beranek Bakıdakı oyunda müdafiəçi Muxtar Muxtarovla yarımmüdafiəçi Henrix Şmitqalın xidmətindən yararlana bilməyəcək.

Hər iki əsas heyət oyunçucu Türkiyə ilə qarşılaşmada sıradan çıxıblar. Muxtarov xəbər verdiyimiz kimi, rəqib hücumçu Burak Yılmazla mübarizə anında burnunu sındırıb. Şmitqal isə dizindən zədə alıb.

Artıq Qazaxıstan Futbol Federasiyası da sözügedən futbolçuların sabah millimizlə görüşdə meydana çıxmayacağı dəqiqləşib.

6 Sentyabr, 2011  15:54 Baxılıb: 1042

Bu bölmədə