Simsar.az | bizi özünüzə Simsar bilin
Terrorçu təşkilatın ünlü ismi tutuldu

Yunis əl-Mauritani "xatici işlər naziri"dir

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, “Əl-Qaidə”də Avstraliya, ABŞ və Avropada terror olaylarının planlaşdırılmasına məsuliyyət daşıyan Yunis əl-Mauritani ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pakistan xüsusi xidmət orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində ələ keçib. 

Pakistanın Kvett şəhəri ətrafında yaxalanan Yunis əl-Mauritani ilə birlikdə terror təşkilatının 2 tanınmış siması - Abdul Qaffar aş-Şami və Messar aş-Şami də tutulub. Yunis əl-Mauritani “əl-Qaidə”nin “xarici işlər naziri” sayılıb və terror təşkilatının lideri Üsamə Bin Laden öldürülənə qədər əmrləri birbaşa məhz ondan alıb.

6 Sentyabr, 2011  15:47 Baxılıb: 975

Bu bölmədə