Simsar.az | bizi özünüzə Simsar bilin
AFFA-nın avtobusunu aşırdan sürücü qaçdı

Qəzaya düşən başqa avtomobilin sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Avstriyadan, təlim-məşq toplanışından qayıdan AFFA-nın 15-16 yaşlılardan ibarət yığma komandasını şəhərə gətirən avtobus qəzaya uğrayıb. Fanat.az premyerliqa.az saytına istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat verib.
Onların sözlərinə görə, hadisəyə Heydər Əliyev prospektində digər qəzanın baş verməsi səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən avtobus yararsız vəziyyətə düşmüş avtomobilə çırpılıb. Nəticədə eyni vaxtda 4 müxtəlif avtomobillə toqquşub.
İdarəni itirərək dirəyə çırpılan AFFA-ya məxsus avtobusun sürücüsü gənc futbolçuları yarıyolda qoyaraq, hadisə yerindən qaçıb.
Hadisə zamanı avtobusla toqquşan avtomobillərdən birinin sürücüsünün ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

6 Sentyabr, 2011  15:47 Baxılıb: 972

Bu bölmədə