Simsar.az | bizi özünüzə Simsar bilin
Yol polisindən dəhşətli qəza məlumatı

Hadisədə 3 nəfər ölüb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 04 sentyabr 2011-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 İdarənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, saat 09.32 radələrində Babək prospektində Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu idarə etdiyi “Mersedes” markalı, 90-KU-420 dövlət qeydiyyat nişanlı avtomaşınla idarəetməni itirərək yolu keçən piyadaçı Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını vurub. Sonra isə o maşınla yolun kənarında dayanan Neftçala rayon sakini 1956-cı il təvəllüdlü Mustafayev Nuru Qulu oğlu və onunla birgə yaşayan oğlu 1983-cü il təvəllüdlü Mustafayev Vüsal Nuru oğlunu vurub. Qəza nəticəsində hər üç piyada ölüb.

5 Sentyabr, 2011  19:46 Baxılıb: 968

Bu bölmədə