Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident liftdə qaldı

Türkmənistan prezidentinin olduğu lift xarab olub

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabadın mərkəzində yerləşən yeni prezident kompleksinin liftində qalıbmış. Xəbəri “Xronika Türkmənistan” saytı yayıb.

Məlumata görə, avqustun 28-də kompleksin lifti ikinci və üçüncü mərtəbələr arasında xarab olub və dövlət başçısı bir saata qədər liftin içərisində qalıb.

Yeni prezident kompleksi 2011-ci ilin may ayında açılıb. Layihənin təqribi dəyəri 250 milyon avro təşkil edir.

İnsidentdən sonra Qurbanqulu Berdiməhəmmədovun sentyabrın 3-də Ali Nəzarət Palatasının rəhbəri Batır Atdayevə tikilən obyektlərin keyfiyyətinə nəzarəti zəif apardığına görə ciddi töhmət verdiyi deyilir.

5 Sentyabr, 2011  19:23 Baxılıb: 1003

Bu bölmədə