Simsar.az | bizi özünüzə Simsar bilin
Jak Şirak məhkəmə qarşısında

Keçmiş prezident 90-cı illərdəki hərəkətinə görə cavab verməli olacaq 

Bu gün uzun sürən fasilədən sonra Paris məhkəməsində Fransanın sabiq prezidenti Jak Şirakın işi üzrə prosesə start veriləcək.

Sabiq prezident, o cümlədən daha 9 nəfər şübhəli, məhkəmə qarşısında 90-cı illərin əvvəllərində Paris meriyasında saxta iş yerlərinin yaradılması ittihamlarına görə cavab verməli olacaq.

Belə ki, iddialara görə, hələ paytaxt meri olarkən Şirak öz partiyasının 20-ə yaxın üzvününü qeyri-qanuni olaraq şəhər xidmətinə işə götürüb. Həmin şəxslər isə yeni iş yerlərindən əmək haqqı alsalar da faktiki olaraq meriyada çalışmamış və öz əvvəlki işləri ilə məşğul olublar. Şirakın özü qəti şəkildə ona qarşı ünvanlanmış ittihamları rədd edir. Qeyd edək ki, 78 yaşlı sabiq prezidentin səhhəti ilə əlaqədar olaraq prosesdə iştirakı sual altındadır.

5 Sentyabr, 2011  18:43 Baxılıb: 903

Bu bölmədə