Simsar.az | bizi özünüzə Simsar bilin
Kafu «Neftçi»dən getdi

Tahir Süleymanov: «Onun əvvəlki vəziyyətinə qayıtması üçün ən azı 2 ay vaxt lazımdı»

"Neftçi"nin qvineyalı futbolçu Kafu ləqəbli Kanfori Silla ilə müqavilə bağlaması barədə xəbər vermişdik. Həmin vaxt "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov saytımıza oyunçunun 10 gün müddətində məşq proseslərində özünü yaxşı tərəfdən göstərsə, müqavilə avtomatik olaraq qüvvəyə minəcəyi barədə açıqlama vermişdi.
Ancaq Sillanın durumu paytaxt klubunu razı salmayıb və o, komandadan göndərilib.Bu barədə "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov "FutbolPress"ə açıqlamasında deyib: "2 gün öncə klubun bazasında "Neftçi"nin əsas və əvəzedici heyətləri arasında ikitərəfli oyun keçirildi. Silla da həmin yoxlama görüşündə iştirak etdi. O, təcrübəli futbolçu olsa da, hazırki durumu bizi qane etmədi. Fiziki hazırlığı çox aşağı idi. Sınaq müddəti göstərdi ki, Silla uzun müddətdi oyun praktikasından uzaq qalıb. Onun əvvəlki vəziyyətinə qayıtması üçün ən azı 2 ay vaxt lazımdı.Bu səbəbdən məşqçilər korpusunun qərarı ilə "Neftçi" Silladan imtina etdi. Artıq dünəndən komandanın məqşlərində iştirak etmir".

5 Sentyabr, 2011  18:12 Baxılıb: 1028

Bu bölmədə