Simsar.az | bizi özünüzə Simsar bilin
Terrorçular futbol oynayan türk polislərə atəş açdı

Bir polis və xanımı öldü

Türkiyədən yenə şəhid xəbəri gəlib. Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, PKK terrorçuları dünən saat 21:40 radələrində Tunceli şəhərində Munzur ayı sahilindəki futbol meydançasında futbol oynayan polislərə atəş açıblar. 

Nəticədə bir polis baş komissarı və xanımı şəhid olub, 3-ü ağır olmaqla, 8 polis yaralanıb. Atəş açan terrorçular 5 nəfər olub və onlar əsgər paltarları geyiniblər. Terrorçulardan 1-i öldürülüb. Eyni vaxtda Tunceli şəhərinin təhlükəsizliyini qoruyan xüsusi təyinatlı polis dəstəsinin mövqeyinə də atəş açılıb.

5 Sentyabr, 2011  15:45 Baxılıb: 890

Bu bölmədə