Simsar.az | bizi özünüzə Simsar bilin
İki nəfəri qətlə yetirdi

Qatili arvadı tutdurub

Sentyabrın 2-də rayonun Aşıq Qərib küçəsi 25-də kirayədə yaşayan milliyyətcə tatar olan 1969-cu il təvəllüdlü Abadulin Nail Rəşidoviç onunla birgə həmin ünvanda kirayədə yaşayan tanışı, milliyyətcə rus olan 1947-ci il təvəllüdlü Viktor Bıkovu təpik və yumruqla döyərək qətlə yetirib.

Bir gün sonra isə tatar Bıkovun Svetlana adlı qohumu bu əl dəsmalı ilə boğaraq ölüdürüb.
Abadulin öldürdüyü şəxslərin meyitlərini yaşadığı evin həyətində basdırmaq istəyərkən onunla birgə qeyri-rəsmi yaşayan Raisa Şeridniçenko rus dilində "Bizdə iki meyit var. Təcili polisə xəbər edin. Ərim sizə xəbər verdiyimi bunu bilməsin" yazılmış kağız parçasını qonşuluqda yaşayan Murasta Tağıyevanın həyətinə atıb.

Tağıyeva bu barədə sentyabrın 4-də Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə xəbər verib.

Hadisəni törədən Abadulin hadisə yerindən qaçıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat tədbirləri nəticəsində Abadulin tutulub.

5 Sentyabr, 2011  13:12 Baxılıb: 894

Bu bölmədə