Simsar.az | bizi özünüzə Simsar bilin
YAPONİYADA QASIRĞA BAŞ VERİB

"Talas" tropik qasırğası nəticəsində 15 nəfər dünyasını dəyişib

Yaponiyada "Talas" qasırğası insan tələfatına səbəb olub. "Aljazeera"nın verdiyi xəbərə görə, qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqın nəticəsində artıq 15 nəfər ölüb, ən azı 43 nəfər itkin düşüb. "Talas" qasırğası Yaponiyanın Sikoku adasından Hönsü adasınadək dağıntılara səbəb olub. Çaylar öz məcrasından çıxıb.

Yaponiyanın "Kyodo" agentliyinin məlumatına görə, ölkənin mərkəz və qərb hissələrindən 500 min sakin təcili evakuasiya edilib. Hazırda "Talas" Yapon dənizi üzərindən hərəkət edərək, Uzaq Şərq üçün təhlükə törədir.

5 Sentyabr, 2011  03:29 Baxılıb: 927

Bu bölmədə