Simsar.az | bizi özünüzə Simsar bilin
Bayıl yamacındakı sürüşmə ilə əlaqədar iclas keçirilib

Bu gün Bayıl yamacında ərazidəki sürüşmə ilə əlaqədar Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifovun rəhbərliyi ilə iclas keçirilib.

APA-nın müxbiri xəbər verir ki, iclasda fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və digər əlaqədar qurumların təmsilçiləri iştirak ediblər. Komissiyanın iclasına, həmçinin ərazidə çalışan əcnəbi və yerli şirkətlərin nümayəndələri də qatılıb.
İclas təxminən iki saata yaxın müddətdə davam edib.

Q. Yetirmişli APA-ya açıqlamasında hazırda sürüşmə zonasında vəziyyətin sabit olduğunu deyib: “İndi heç bir hərəkət, o cümlədən genişlənmə yoxdur”.

Gələcəkdə sürüşmənin qarşısının alınması üçün hazırda ərazidə işlər gedir.

Qeyd edək ki, Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Təhlükə zonası “Əbədi məşəl” kompleksinin yaxınlığından “Gülüstan” sarayına doğru uzanan ərazini əhatə edir. Ərazidə kiçik çatlar əmələ gəlib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.

3 Sentyabr, 2011  19:25 Baxılıb: 899

Bu bölmədə