Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-dakı qasırğa azərbaycanlılara problem yaradıb

Azərbaycan-Amerika Cəmiyyətinin ofisi dağılıb

APA-nın xəbərinə görə, bu barədə məlumat ABŞ-ın ən böyük Türk-Amerikan portalında yerləşdirilib.

AAC-ın rəhbəri Tomris Azəri bildirib ki, yolları su basdığından bir neçə gün ofisə baş çəkmək imkanından məhrum olublar: “Ofisə daxil olduğumuz zaman isə gördüyümüz mənzərədən dəhşətə gəldik və göz yaşlarımızı saxlaya bilmədik. Cəmiyyətimizə böyük maddi ziyan dəyib, ofis istifadəyə yararsız hala düşüb”.

T.Azəri binanı əvvəlki halına gətirmək üçün əllərindən gələni edəcəklərini söyləyib: “Divardakı Azərbaycan bayrağı dövlətimizi kimsənin tanımadığı zamanlarda da orda idi, bundan sonra da orda qalacaq”.

Qeyd edək ki, AAC-a məxsus bina ABŞ-a ilk gələn azərbaycanlıların şəxsi vəsaiti hesabına alınıb. Bu baxımdan bina bir çox amerikalı azərbaycanlılar üçün eyni zamanda simvolik xarakter daşıyır.

3 Sentyabr, 2011  18:22 Baxılıb: 973

Bu bölmədə