Simsar.az | bizi özünüzə Simsar bilin
Dənizdən kişi meyiti çıxdı

Naməlum kişi -70-75 yaşlı idi

Sentyabrın 3-də Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində naməlum kişi meyiti tapılıb.

Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Saat Qülləsi ilə üzbəüz dənizin içinə gedən körpünün yaxınlığında 70-75 yaşlı kişinin meyiti aşkarlanıb.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin cəsədini sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 06:47-də başa çatıb. Hazırda həmin şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, tapılan meyitin üzərində zorakılıq əlaməti olmayıb.

3 Sentyabr, 2011  17:23 Baxılıb: 948

Bu bölmədə