Simsar.az | bizi özünüzə Simsar bilin
Onu bıçaqla deşik-deşik elədilər

Binəqədidə amansız qətl  

 

Sentyabrın 3-də saat 01 radələrində Bakıda dəhşətli qətl hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Rabitəçi qəsəbə sakini Sadiqov Niyaməddin İsmayıl oğlu xüsusi amansızlıqla qətlə yetirilib. Onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirilib.

Simsar.az-a verilən digər məlumatda bildirilir ki, N.Sadiqovun meyiti “Qazel” markalı avtomobillə xəstəxanaya gətirilib. Lakin bədənində çoxsaylı kəsilmiş və deşilmiş yaralar olan şəxsin öldüyü məlum olub. Qətlə yetirilən şəxsin sinəsində xeyli sayda deşilmiş yaralar aşkarlanıb

Faktla əlaqədar araşdırmalar aparılır. Qətlin hansı şəraitdə, nə səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

3 Sentyabr, 2011  16:10 Baxılıb: 1062

Bu bölmədə