Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə Qazaxıstanı uddu

Hesab 2:1 olub

Cümə günü 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Türkiyə millisi Qazaxıstan yığmasını qəbul edirdi.

Hesabı 31-ci dəqiqədə Yılmaz açdı.

İkinci hissədə isə, oyunun 55-ci dəqiqəsində qazaxıstanlı oyunçu Konsbayev qola imza ataraq hesabı bərabərləşdirdi.

Buna baxmayaraq, dramatik oyunun sonunda, əlavə olunmuş vaxtın sonuncu, 5-ci dəqiqəsində arda Turan ay-ulduzlulara qələbə qazandırdı.

A qrupunun digər oyunlarında isə Azərbaycan Belçika ilə 1:1 hesablı heç-heçəyə, Almaniya isə Avstriya üzərində 6:2 hesablı qələbəyə nail oldu.

3 Sentyabr, 2011  15:48 Baxılıb: 1016

Bu bölmədə