Simsar.az | bizi özünüzə Simsar bilin
Mitinqçilərin məhkəməsi təxirə salındı

Osman Kazımov vəkillik edə bilmədi 

2 aprel məhbusları Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin mühakiməsi sentyabrın 13-dək təxirə salınıb. “Azadlıq” radiosunun məlumatına görə, sentyabrın 2-si Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayev Rüfət Hacıbəylidən vəkili olub-olmadığını soruşub. Məhbus dövlətin təyin etdiyi vəkildən imtina etdiyini, onu Osman Kazımovun müdafiə etməsini istədiyini deyib. Vəkil Osman Kazımov prosesə qatılsa da, müdafiə üçün orderi olmayıb. Hakim məhkəməni təxirə salıb.

Bundan əvvəlki proseslərdə Rüfət Hacıbəylini vəkil Elçin Namazov müdafiə edirdi. Avqustun 27-də o, hakim Şahin Abdullayevin qərarı ilə prosesdən uzaqlaşdırılıb. Qərara görə, Elçin Namazov barəsində cinayət işinin başlanılması üçün prokurorluğa və Vəkillər Kollegiyasından çıxarılması üçün quruma məlumat verilməlidir. Vəkil məhkəməyə hörmətsizlik etmədə günahlandırılır.

2 Sentyabr, 2011  19:57 Baxılıb: 1045

Bu bölmədə