Simsar.az | bizi özünüzə Simsar bilin
Tiflis yaxınlığında zəlzələ

Təkanlar hiss olunmayıb

Bu gün Tbilisi yaxınlığında zəif təkanlar qeydə alınıb. Trend-in məlumatına görə, Seysmoloji Monitorinq Xidmətindən bildirilib ki, 2,6 bal gücündə zəlzələ Tbilisi vaxtı ilə saat 11:29-da Norio və Martkopi kəndləri arasında baş verib.

Seysmoloqların məlumatına görə, təkanlar demək olar, hiss olunmayıb, dağıntı və tələfat yoxdur.

Son günlər Gürcüstanın şərqində, eləcə də Tbilisi yaxınlığında zəif intensiv yeraltı təkanlar tez-tez baş verir.

5,5 ballıq güclü zəlzələ avqustda Gürcüstanın qərbində qeydə alınıb.

2 Sentyabr, 2011  19:20 Baxılıb: 879

Bu bölmədə