Simsar.az | bizi özünüzə Simsar bilin
Gəncədə silah-sursat tapıldı

Saxlanan şəxs onları zirzəmidə gizlədib

Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah-sursat və qadağan olunmuş maddə saxlayan şəxs saxlanılıb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər sakini Hüseyn Əkbərovun mənzilinin zirzəmisindən 2 ədəd qumbara, 66 ədəd müxtəlif çaplı güllə və 8,5 kiloqram ağ civə aşkar edilərək götürülüb.

H.Əkbərov tutulub, araşdırmalar aparılır.

2 Sentyabr, 2011  19:14 Baxılıb: 836

Bu bölmədə