Simsar.az | bizi özünüzə Simsar bilin
Yarımstansiyada yanğın

Faciə yaşanmayıb

Bakıda "Azərenerji"yə məxsus yarımstansiyada yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda "Azərenerji" ASC-yə məxsus yarımstansiyada transformatorun sarğıları və yağı, həmçinin yarımstansiyanın dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Yaxınlıqdakı 2 ədəd transformator yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

2 Sentyabr, 2011  17:21 Baxılıb: 936

Bu bölmədə