Simsar.az | bizi özünüzə Simsar bilin
Tonlarla yanacaq itkiyə getdi

iki maşın toqquşdu

Yevlax rayonu, Salahlı kəndi yaxınlığında (rayon mərkəzindən 22 km aralı) qoşqusunda 30 ton yanacaq olan "Kamaz" markalı yük avtomobili "Vaz" markalı minik avtomobili ilə toqquşub.

 Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə yük avtomobili çevrilib, avtomobilin qoşqusunda olan yanacaq ətrafa dağılıb.

Hər iki nəqliyyat vasitəsinin sürücüləri və minik avtomobilində olan sərnişin xəsarət alıb və xəstəxanaya aparılıblar. Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ətrafa dağılmış yanacağın alışmasının qarşısını almaq məqsədilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

2 Sentyabr, 2011  17:07 Baxılıb: 875

Bu bölmədə