Simsar.az | bizi özünüzə Simsar bilin
Səhiyyə Nazirliyi sorğu keçirir

Sorğu demoqrafik və sağlamlığın vəziyyətini öyrənmək üçündür

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən avqustun 1-dən başlayaraq Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) aparılır. Simsar.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustda Bakının Xəzər, Qaradağ rayonlarında, Abşeron rayonunda, Lənkəranda, Astarada, Qubada, Qusarda, Kürdəmirdə, Ucarda, Bərdədə, Tərtərdə, Ağdaşda, Göyçayda, Mingəçevirdə, Zaqatalada, Balakəndə, Tovuzda və Qazaxda sorğu işləri tamamlanıb. 

Bakının Suraxanı rayonunda, Abşeronun Sabunçu rayonunda, Xaçmazda, Ağdamda, Sabirabadda, Şəkidə, Ağstafada tədqiqat davam etdirilir. Sentyabr ayı üzrə növbəti günlərdə isə Bakının Nəsimi, Xətai, Nərimanov, Binəqədi rayonları, Abşeronun Yasamal rayonunda, eləcə də Gəncə, Sumqayıt, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Xızı, Hacıqabul, Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Füzuli, Yevlax, Qax, Oğuz, İsmayıllı, Qəbələ, Şəmkir, Gədəbəy və Daşkəsəndə sorğuya başlanılacaq. Sorğunu 10 qrup olmaqla, supervayzerlər və intervüyerlər aparırlar.

Oktyabrın sonuna kimi davam etdirilməsi nəzərdə tutulan DSS Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.

1 Sentyabr, 2011  22:01 Baxılıb: 956

Bu bölmədə