Simsar.az | bizi özünüzə Simsar bilin
Polis yol qəzasında öldü

Qəzada bir polis də yaralandı

Qobustan Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, Şamaxı sakini, Yol-Patrul Xidməti Alayının serjantı, 1982-ci il təvəllüdlü Abdullayev İlqar Abdulla oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10 DV 677 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “Hyundai” markalı, 10 AN 047 dövlət nömrə nişanlı avtomobilə toqquşub.

Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan sərnişin, Yol-Patrul Xidməti Alayının serjantı, 1983-cü il təvəllüdlü Məmmədov Şahin Xaliq oğlu hadisə yerində ölüb.

“VAZ-2107”-nin sürücüsü İlqar Abdullayev, “Hyundai” markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü Qurbanov Şamo Nurəli oğlu və onun sərnişini, Ağsu rayon sakini, 1981-ci il təvəllüdlü Mahmudov Daşqın Mirdamət oğlu isə xəsarət alıb.

Qeyd edək ki, İlqar Abdullayev və Şahin Məmmədov xalaoğludurlar. Onlar polisə yeni təyinat alıblar. Avqustun 31-i onların ilk iş günü imiş.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

1 Sentyabr, 2011  19:20 Baxılıb: 987

Bu bölmədə