Simsar.az | bizi özünüzə Simsar bilin
Deputatın oğlu tutuldu

Oğlu tutulan ata AKP-dən seçilib

Türkiyədə millət vəkilinin oğlu həbs edilib. Belə ki, AKP-nin Kahramanmaraş mullət vəkili Sıtqı Güvəncin oğlu Məhəmməd Güvənç eşqbazlıq edərkən yaxalanıb.


Simsar.az xəbər verir ki, M.Güvənç Kahramanmaraşda yolda qarşılaşdığı Ü.F ilə tanış olmaq istəyib. Ancaq qız buna etiraz edib və səs-küy qaldırıb.

Polisə ifadə verən Ü.F deyib ki, M.Güvənçlə tanış olmaq istməyəndə millət vəkilinin oğlu söyüş söyməyə başlayıb: “Bundan sonra M.Güvəncin əmisi oğlu gəlib məni döydü”.

Qızın tamamilə yalan danışdığını deyən M.Güvənc isə ifadəsində bildirib ki, Ü.F və onun dastlarının yanından keçərkən ona orta barmağını göstərib: “Bu bizə pis təsir göstərdi və əmim oğlu ilə onun arasında balaca konflikt yarandı”.

Hadisə ilə bağlı istintaq davam edir

1 Sentyabr, 2011  17:49 Baxılıb: 982

Bu bölmədə