Simsar.az | bizi özünüzə Simsar bilin
AZƏRBAYCAN GƏMİSİNDƏN QƏHRƏMANLIQ

Aralıq dənizində batan 11 nəfər xilas edildi

Simsar.az-ın “İxlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Aralıq dənizində, Antalya sahillərində baş verib.

Alaniyadakı otellərdən birində istirahət edən 10 Suriya və 1 Moldova vətəndaşı kiçik gəmi kirayə götürərək dənizə çıxıblar. Lakin texniki problemlər səbəbindən gəmi batma təhlükəsi ilə üzləşib. Dərhal verilən həyəcan siqnalına ilk olaraq Azərbaycan bayrağı altında üzən yük gəmisi reaksiya verib. Şimali Kipr Türk Cümhuriyyətinə yük daşıyan Azərbaycan gəmisinin heyəti içərisində 2 azyaşlı da olan insanları xilas edərək Alanya Sahil Mühafizə Xidmətinə təhvil verib.

Turist gəmisinin sahibi Yaşar.Ş isə ifadə verməyə çağırılıb.

1 Sentyabr, 2011  17:17 Baxılıb: 1001

Bu bölmədə