Simsar.az | bizi özünüzə Simsar bilin
Ata oğlunun qatilini güllələdi

Rusiyada iki azərbaycanlı ailə arasında hər kəsi şoka salan qan davası

Rusiyada iki azərbaycanlı ailə arasında yaşanan olay diqqət mərkəzindədir. Simsar.az-ın “kp.ru” saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da Moskva ətrafındakı Orexovo-Zueva qəsəbəsində məhkəmə binasının çıxışında 54 yaşlı Valib Əliyev 2 il əvvəl oğlu Samveli qətlə yetirən 29 yaşlı Tofiq Ağaməmmədovu güllələyib. 

Olay zamanı məhkəmə icraçılarının müşayiət etdiyi Tofiq Ağaməmmədovun yanında anası və qohumları da olub. Valib Əliyev oğlunun qatilinə “Krupp” markalı ov silahından 3 dəfə atəş açıb. Tofiq Ağaməmmədov ola yerində keçinib. Polis hadisə yerindən qaçan Valib Əliyevi bir müddət sonra saxlayıb.

Qeyd edək ki, Əliyev və Ağaməmmədov ailələri Azərbaycandan Rusiyaya 2000-ci ildə gəliblər. Qan davasının əsası 2009-cu ildə Yumru kafesində mübahisə edən Tofiqin Samveli bıçaqlayaraq öldürməsi ilə qoyulub. Tofiq yarım il həbsxanada qalıb, bu ilin mayında isə şəhəri tərk etməmək və məhkəmə prosesinə gəlmək şərti ilə azadlığa buraxılıb. Məhkəmə prosesində də tərəflər bir-birlərini hədələyiblər. Valib Əliyev oğlunun qatilinə ölüm hökmü çıxarılmasını tələb edib, əks halda özünün intiqam alacağını bəyan edib.

Ağaməmmədov ailəsi isə Valib Əliyevi qətlə yetirəcəklərini bildirib. Hazırda hüquq-mühafizə orqanları iki ailə arasında yenə qan tökülməsinin qarşısını almaq üçün proflaktik tədbirlər görürlər.

1 Sentyabr, 2011  17:10 Baxılıb: 1018

Bu bölmədə