Simsar.az | bizi özünüzə Simsar bilin
"ELM HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNACAQ

Bu qanun elmi yeniliklərin təcrübədən keçirilməsinin genişləndirilməsinə yardım edəcək

“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
AzərTac-ın verdiyi məlumata görə, bu qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək.

Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə etməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq.

Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adların verilməsi, elmi işçilərin sosial müdafiəsi, mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb.

Mütəxəssislərin fikrincə, bu qanun ölkəmizdə inkişaf edən, yeni islahatlar aparılan elm sahəsinə stimul verəcək, elmi yeniliklərin təcrübədən keçirilməsinin genişləndirilməsinə yardım edəcək.

1 Sentyabr, 2011  16:23 Baxılıb: 949

Bu bölmədə