Sahibkar cərimələndi
O, qanunun tələblərini pozub Bir müddət əvvəl Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi, ev 227A ünvanında Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi üzə çıxıb. Eyni zamanda məhsulların etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilməməsi, dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
27 Avqust, 2011 20:55 ⁄ Baxılıb: 1215
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |