Simsar.az | bizi özünüzə Simsar bilin
Məcburi köçkünlərin evi uçdu

Yağış Ağdamda ciddi problemlər yaradıb

Son bir neçə gündə Azərbaycanın Ağdam rayonuna yağan intensiv yağışlar nəticəsində məcburi köçkünlərə məxsus 20-ə yaxın yaşayış evi qəzalı vəziyyətə düşüb. ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, bəzi evlər isə tamamilə uçub.

Ailələr əsasən Bərdə-Ağdam yolunun kənarında məskunlaşıb. Evlər əsasən, palçıqdan, qarğıdan tikildiyi üçün uzun müddətli yağışlara tab gətirmir. Evlərin divarlarında çatlar yaranıb. Evləri qəzalı vəziyyətə düşən ailələr qonşularının və qohumlarının yanında yerləşdirilib.

Artıq Ağdam rayon İcra Hakimiyyətinin və Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mütəxəssisləri qəzalı evlərə baş çəkib. Onların qənaətinə görə, qəzalı evlər sökülərək, yerində yeniləri tikilməlidirş.

Rayonda yağışlı hava şəraiti hələ də davam edir. Mütəxəssislər hava şəraitinin belə davam edərsə, qəzalı vəziyyətə düşən evlərin sayının çoxalacağını bildirir.

27 Avqust, 2011  18:01 Baxılıb: 982

Bu bölmədə