Simsar.az | bizi özünüzə Simsar bilin
4 teleradio MTRŞ-ya müraciət etdi

Onlar lisenziya müddətlərinin artırılmasını istəyirlər

Sentyabrın 2-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçiriləcək.

Bu barədə APA-ya MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov məlumat verib. İclasda 4 teleradio şirkətinin fəaliyyəti üçün xüsusi razılığın (lisenziya) uzadılması ilə bağlı müraciətlərinə baxılacaq.

Bunlar “Azərbaycan dövlət televiziya və radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV), “Burc FM” radiosu, “Kəpəz” Müstəqil Teleradio Şirkəti və “DİGİCOM” MMC kabel televiziyasıdır.

27 Avqust, 2011  17:41 Baxılıb: 1008

Bu bölmədə