Simsar.az | bizi özünüzə Simsar bilin
İlan bir ailəyə faciə yaşatdı

Başqa ailənin nümayəndəsi isə xəstəxanaya düşdü

Azərbaycanda iki nəfəri ilan sancıb. Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kürəkçay Dəmir Yolu Stansiyasının ərazisində, Gəncə Lokomotiv Deposunun işçisi Arif Qurbanovu ilan sancıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Avqustun 25-də Goranboy rayonunun Veyisli kəndi ərazisindəki otlaq sahəsində, kənd sakini 11 yaşlı Elsevər Zeynalov ilan sancıb. Yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

26 Avqust, 2011  18:12 Baxılıb: 903

Bu bölmədə