Simsar.az | bizi özünüzə Simsar bilin
GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNDİ?

Şəhərdə hər kəs bu olaydan danışır

Elmar Vəliyev Gəncə şəhərinə icra başçısı təyin ediləndən sonra Azərbaycanın ikinci şəhəri mətbuatın diqqət mərkəzinə çevrilib.

Gəncənin abadlaşdırılması üçün icra başcısının planları saf-çürük edilir, onun yerli məmurlarla davranışı maraqla izlənilir. Bir neçə gün öncə məlumat yayıldı ki, E.Vəliyev ona vaxtı-vaxtında hesabat verilmədiyi üçün səlahiyyətli şəxlərin şəhərdən özbaşına çıxmalarına yasaq qoyub.

Məlumatda qeyd olunur ki, E.Vəliyev bütün bunları hamisinə arxalanaraq edir. Haminin kimliyi barədə dəfələrlə mətbuatda məlumat verilib. E.Vəliyev icra başçısı təyin ediləndən sonra hamisinin qohum-əqrəbalarının şəhərdə “at oynatma”ları barədə də xəbərlər dolaşır.

Simsar.az - a xəbər verən mənbənin sözlərinə görə, Gəncədə “burada mənəm Bağdadda Kor Xəlifə” deyənlər icra başçısı ilə kəllə-kəlləyə gəliblər. E.Vəliyevin kəskin reaksiyasına tuş gələn qarşı tərəf isə silaha əl atıb. Mənbənin sözlərinə görə, icra başçısının kabinetində silah səsləri eşidilib. Qarşıdurma zamanı E.Vəliyevin ayağından yüngül güllə yarası aldığı bildirilir.

Hadisə barədə ətraflı məlumat almaq və dəqiqləşdirmək üçün əlaqə saxlasaq da, icra başçısı və digərlərinin mobil telefonlarına zəng çatmadı.

RAMİL

26 Avqust, 2011  17:58 Baxılıb: 2249

Bu bölmədə