Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıdan Qubaya gedənlərə xəbərdarlıq

Yol təmirə dayanır

Azərbaycanın Sumqayıt şəhəri ilə H.Z.Tağıyev qəsəbəsini birləşdirən magistral avtomobil yolunun “LUKoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Bir- liyinə aid dəmir yolu xəttində təmir işləriyby aparılması planlaşdırılır.

 “Azərikimya” İB-dən Simsar.az-a verilən məlumata görə, bununla əlaqədar, avqust ayının 26-sı gecə saat 24:00-dan avqustun 27-si səhər saat 08:00-a kimi Bakı–Quba magistral yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Bu səbəbdən “Azərikimya” İB həmin istiqamətdə hərəkət edən sürücülərdən nativ yollardan istifadə etmələrini xahiş edir.

26 Avqust, 2011  17:53 Baxılıb: 983

Bu bölmədə