Simsar.az | bizi özünüzə Simsar bilin
Müttəhim özünü ülgüclə doğradı

Hadisə Ağdam rayon Məhkəməsində olub

lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə təqsirləndirilən 1978-ci il təvəllüdlü Əliyev Anar Sahib oğlu məhkəmənin baxış iclasında bədəninə ülgüclə çoxsaylı xəsarətlər yetirib. Məhbus dərhal dəmir barmaqlıqlar arasından çıxarılaraq polis nəzarətində Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lent.az-a verilən məlumatda bildirilir ki, özünü öldürmək istəyən A.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Dördyol qəsəbəsi kimi adlandırılan ərazidə yaşayan A.Əliyevi bu dəfə qonşusu 1972-ci il təvəllüdlü Əsmər Həsənova məhkəməyə salıb. Belə ki, A.Əliyev və digər qonşuları Ə.Həsənovanın əxlaqsız həyat tərzi yaşadığını əsas gətirərək onu məhəllədən kənarlaşdırmaq istəyiblər. Günlərin bir günü qonşular arasında münasibət daha da gərginləşib və A.Əliyev 39 yaşlı qadını döyüb, təhqir edib. Qadın məsələ ilə bağlı polisə şikayət edib və iş məhkəməyədək uzanıb.

Hadisə baş verən məhkəmə iclasında isə Ə.Həsənova zərərçəkən kimi ifadə verib. Bu zaman A.Əliyev onun sözünü kəsərək “evə 70 kişi doldururdun” deyib. Ə.Həsənova isə “sənin ana-bacını ki doldurmurdum” deyib. Əsəblərinə hakim ola bilməyən 33 yaşlı A.Əliyev bu zaman əsəblərini cilovlaya bilməyib və üzərində gizlətdiyi ülgücü işə salıb.

26 Avqust, 2011  15:53 Baxılıb: 1006

Bu bölmədə