Simsar.az | bizi özünüzə Simsar bilin
Gənclərin forumu başlayır

"Bakı gənclər şəhəri"

Bu gün “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun (ASAİF) 9-cu ənənəvi “Bakı Gənclər Şəhəri” yay forumu işə başlayacaq.

ASAİF-dən SalamNews-a verilən məlumata görə, iki gün davam edəcək Forumun əsas məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndimək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək ölkəmizin xaricdə təbliğatını daha səmərəli təşkil etməkdə gənclərimizə kömək etməkdir. Onların informasiya mübadiləsində və təbliğat işinin günümüzün mütləq tələbi olan internet üzərindən, yəni interaktiv şəkildə qurulmasına yardım göstərməkdir.

Forumun birinci günü dövlət rəsmilərinin, ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri, o cümlədən iştirakçıların fərqli mövzuları əhatə edən işçi qruplar üzrə müzakirələrə cəlb olunmaları planlaşdırılır.

Forumun ikinci günü iştirakçılarının Azərbaycanın dilbər güşələrindən olan Qəbələ rayonuna səfəri nəzərdə tutulur.

26 Avqust, 2011  15:38 Baxılıb: 1051

Bu bölmədə