Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan boksçuları erməni rəqibləri üzərində parlaq qələbə qazanıblar

Onlar ilk qarşılaşmadaca məğlub ediliblər

İrlandiyanın paytaxtı Dublində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində Azərbaycan boksçuları erməni rəqiblərini rinqə çıxmağa peşman ediblər.

Simsar.az-ın məlumatına görə, çempionatın 1/8 finalı mərhələsində Azərbaycan boksçuları Tural Əhmədov, Pərviz Bağırov və Fəqan Hüseynov erməni Artur Nersisyanı, Miger Ohanesyanı (Ukraynanı təmsil edir) və Arayik Harutunyanı məğlub edərək ¼ finala yüksəliblər.

Azərbaycan yığmasının üzvü Rauf Rəhimov yarışın bu mərhələsində Türkiyəli Burhan Akçayı, Coşğun Əliyev isə Belarus idmançısı Mikita Şabelnik üzərində qələbə qazanıb.

1/4 final mərhələsinin görüşləri bu gün keçiriləcək.

Yarışın final mərhələsi avqustun 27-də baş tutacaq.

25 Avqust, 2011  19:00 Baxılıb: 1064

Bu bölmədə